Taksitlə alış-veriş et, 3 ay komissiyasız ödənişdən faydalan!
Kartmane Visa Infinite
Kartmane ilə xərclədikcə qazan!
Kartmane Mastercard Black Edition
Kartmane ilə xərclədikcə qazan!
Tez-Tez verilən suallar
Bütün suallarınızın cavabı bizdədir.
Rabitəbank müştərilərinə müxtəlif məqsədlərə uyğun olaraq debet, kredit/ taksit və premium kartlar təklif edir. Kartlar həm yerli, həm də beynəlxalq ödənişlər üçün əlverişlidir.
Kart sifarişi üçün Rabitəbank-ın mobil tətbiqindən, rəsmi saytından və ya istənilən filialdan müraciət edə bilərsiniz. Onlayn sifariş zamanı kartınızı evinizə çatdırılma ilə də əldə edə bilərsiniz.
Bəli, Rabitəbank-ın Visa və Mastercard kartları ilə beynəlxalq e-ticarət saytlarında rahat və təhlükəsiz şəkildə ödəniş edə bilərsiniz.
Rabitəbank-ın taksit kartları tamamilə pulsuz təqdim olunur. Debet kartlar isə rəsmi iş yerindən əməkhaqqı alan müştərilər üçün ödənişsiz şəkildə təqdim edilir. Ətraflı məlumat üçün rəsmi saytımıza və ya ən yaxın filialımıza müraciət edə bilərsiniz.
Debet kart — bank hesabınızdakı vəsaitlə ödəniş etməyə imkan verən kartdır. Onlayn alış-veriş, mədaxil əməliyyatları və bankomatdan faizsiz nağdlaşdırma üçün ideal seçimdir.
Debet kart sifarişi üçün Rabitəbank-ın mobil tətbiqindən, rəsmi saytından və ya yaxın filiallardan birinə müraciət edə bilərsiniz. Onlayn sifariş zamanı pulsuz çatdırılma mümkündür.
Kartınız itdikdə və ya oğurlandıqda dərhal Rabitəbank-ın Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq kartı blokladırmağınız tövsiyə olunur. Həmçinin mobil tətbiq vasitəsilə kartı dərhal dondura bilərsiniz.
Kredit kartı ilə sərbəst şəkildə istənilən alış-veriş və nağdlaşma mümkündür. Taksit kart isə alış-verişi hissəli şəkildə ödəməyə imkan verir.
Sizin maliyyə vəziyyətiniz, gəliriniz və kredit tarixçənizə əsasən bank tərəfindən təyin olunur.
Bəli, Rabitəbank-ın Kartmane kredit/taksit kartını pulsuz şəkildə əldə edə bilərsiniz. Kartın rəsmiləşdirilməsi və təqdim olunması üçün heç bir ödəniş tələb olunmur.
• Kartı tamamilə pulsuz əldə etmək imkanı
• 70 günədək güzəşt müddəti
• 3 ayadək komissiyasız ödəniş imkanı
• 36 ayadək taksitlə alış-veriş
• Kartdakı qalığa 4% illik gəlir
• 100% nağdlaşdırma
Premium kartlar yüksək xidmət səviyyəsi, eksklüziv imkanlar və sərfəli şərtlərlə ödəniş, nağdlaşdırma və səyahət üstünlükləri təqdim edir.
Bəli. Kartmane premium kartları ilə istənilən beynəlxalq e-ticarət saytında və istənilən POS terminalda ödəniş edə bilərsiniz.
Premium kartlar əsasən AZN, USD və EUR valyutalarında təqdim edilir.
Kart sifarişi üçün Rabitəbank-ın mobil tətbiqindən, veb saytından və ya istənilən filialdan müraciət edə bilərsiniz.